“Milli irs mükafatı”nın təqdimetmə mərasimi keçirilib

“Milli irs mükafatı”nın təqdimetmə mərasimi keçirilib Tədbir iştirakçıları “Heydər Əliyev və Mədəni İrs” adlı fotosərgiyə baxıblar
İncəsənət
18 Aprel , 2018 17:44
“Milli irs mükafatı”nın təqdimetmə mərasimi keçirilib
Report/ Firi Salim

Bakı. 18 aprel. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Milli irs mükafatı”nın təqdimetmə mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbri 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin Rəsmi Qəbullar Sarayında (keçmiş “Səadət sarayı”) baş tutub.  

Mərasimdə mədəniyyət və turizm naziri səlahiyyətlərini icra edən Əbülfəs Qarayev, millət vəkilləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə sarayın foyesində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan “Heydər Əliyev və Mədəni İrs” adlı fotosərgiyə baxıblar.

Daha sonra tarixi günə həsr olunan bədii çarx nümayiş etdirilib.

Ə.Qarayev bildirib ki, bu əlamətdar günün qeyd olunması bəşəriyyətin tarixi irsə və abidələrə verdiyi qiymətin böyük təzahürüdür: “18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü hər il ölkəmizdə geniş şəkildə qeyd olunur, paytaxtda və bölgələrdə müxtəlif tədbirlər təşkil olunur. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün qoruq və muzeylərdə aprelin 18-də “açıq qapı” günü elan olunur”.

Bundan sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova çıxış ediblər.

Sonda qaliblər elan olunub və mükafatlar təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi