Yuxarı
    Bağlamaq

    Milli İncəsənət Muzeyinin yubiley loqosu təsdiq edilib

    Muzeyin yaradılmasından 80 il ötür

    Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan Milli İncəsənət Muzeyi fəaliyyətinin 80 illiyinə həsr olunan yubiley loqosunu təqdim edib. 

    Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, loqonun dizaynının müəllifi Fərhad Fərzəliyevdir.

    Nazirlikdən bildirilib ki, yubiley tədbirləri ilə əlaqədar olaraq, il ərzində müxtəlif tədbirlərin, sərgilərin, konfransların keçirilməsi nəzərdə tutulub.

    Qeyd edək ki, Milli İncəsənət Muzeyi Azərbaycanın ən böyük sənət məbədlərindən biridir. Ekspozisiyalarda Qədim Şərq və Azərbaycan, Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən incəsənət əsərləri nümayiş etdirilir. Muzeydə ümumilikdə 17 mindən çox eksponat saxlanılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi