Milli İncəsənət Muzeyində Bayram Hacızadənin fərdi sərgisi nümayiş olunacaq

Milli İncəsənət Muzeyində Bayram Hacızadənin fərdi sərgisi nümayiş olunacaq Bakı. 14 may. REPORT.AZ/ Azərbaycan Milli İncəsənət Muzeyində mayın 16-sı saat 17:00-da əməkdar incəsənət xadimi Bayram Hacızadənin 50 illik yubileyinə həsr olunan fərdi sərgisi nümayiş olunacaq.
İncəsənət
14 May , 2018 12:35
Milli İncəsənət Muzeyində Bayram Hacızadənin fərdi sərgisi nümayiş olunacaq
0 : 00
0 : 00

Bakı. 14 may. REPORT.AZ/ Azərbaycan Milli İncəsənət Muzeyində mayın 16-sı saat 17:00-da əməkdar incəsənət xadimi Bayram Hacızadənin 50 illik yubileyinə həsr olunan fərdi sərgisi nümayiş olunacaq.

Muzeydən "Report"a verilən xəbərə görə, sərgidə B.Hacızadənin yaradıcılığının son 30 ilini əhatə edən “Kirpi” satirik jurnalında, dövri mətbuat səhifələrində dərc olunan müxtəlif mövzulu karikaturalar, rəssamın beynəlxalq müsabiqələrdə mükafat almış əsərləri, eləcə də M.Ə.Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyaları və digər mövzulu karikaturaları nümayiş olunacaq.

Sərginin təşkilatçısı Mədəniyyət Nazirliyi, Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqıdır.

Eyni zamanda tədbirdə Bayram Hacızadənin müəllifi olduğu “Kirpinin Rəssamları” adlı kitabının təqdimatı da keçiriləcək. Üç cilddən ibarət kitabda 1952-1991-ci illər “Kirpi” satirik jurnalı ilə əməkdaşlıq edən rəssamların, karikatura ustalarının yaradıcılığı və fəaliyyəti haqqında ətraflı məlumat verilib. Kitabda rəssamların yüzlərlə siyasi və məişət mövzulu karikaturaları, təbliğat xarakterli rəsmləri və dostluq şarjları oxuculara təqdim olunub.

Sərgi mayın 20-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi