Milli Dram Teatrının aktyoru doğum gününü qeyd edir

Milli Dram Teatrının aktyoru doğum gününü qeyd edir Kazım Abdullayev ad günündə dublyajda olacaq
İncəsənət
6 Aprel , 2015 10:55
Milli Dram Teatrının aktyoru doğum gününü qeyd edir

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti, Akademik Milli Dram Teatrının aktyoru Kazım Abdullayevin doğum günüdür.

"Report" xəbər verir ki, aktyor 62 yaşını qeyd edir.

Doğum günündə iş başında olan aktyor bu günü dublyajda, sənət dostları ilə birlikdə keçirəcək.

Qeyd edək ki, Kazım Abdullayev 1953-cü ildə anadan olub.

1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1976-cı ildə H.Ərəblinski adına Sumqayıt Dövlət musiqili-dram teatrının truppasına qəbul olunub və 1996-cı ilədək orada çalışıb.

1996-2004-cü illərdə Bakı Bələdiyyə Teatrında sənət fəaliyyətini davam etdirib. 2005-ci ildən Azərbaycan Dövlət Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. Akademik Milli Dram Teatrının səhnəsində maraqlı obrazlar yaradan istedadlı aktyor bədii filmlərə və seriallara da çəkilir. 

Son xəbərlər

Orphus sistemi