Milli Dram Teatrının yeni mövsümü açacağı vaxt məlum olub

Milli Dram Teatrının yeni mövsümü açacağı vaxt məlum olub Teatr yeni mövsümü sentyabrın 18-də xalq yazıçısı, dramaturq İlyas Əfəndiyevin "Qarabağnamə" əsəri ilə açacaq
İncəsənət
20 Avqust , 2015 17:05
Milli Dram Teatrının yeni mövsümü açacağı vaxt məlum olub

Bakı. 20 avqust. REPORT.AZ/ Akademik Milli Dram Teatrı yeni mövsümü sentyabrın 18-də xalq yazıçısı, dramaturq İlyas Əfəndiyevin "Qarabağnamə" əsəri ilə açacaq.

"Report" xəbər verir ki, Milli Dram Teatrı hər il mövsümün açılışını bu tamaşa ilə edir.

Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. O dövrdə xanlıqlara bölünmüş Azərbaycana sahiblənmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan sadəlövh İbrahim xan erməni fitnəkarlığının qurbanı olur. Tamaşanın quruluşçu rejissoru, xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Rolları xalq artisti İlham Əsgərov, Rafiq Əzimov, Firəngiz Mütəllimova, Səidə Quliyeva, Ramiz Məlik, Ramiz Novruz, əməkdar artistlər Elxan Quliyev, Əjdər Həmidov, Məsmə Aslanqızı, Elşən Cəbrayılov, Aslan Şirin, aktyorlar Əminə Babayeva, Rövşən Kərimduxt, Anar Heybətov, Şəhla Əliqızı və başqaları ifa edir.

Qeyd edək ki, Milli Dram Teatrının yaradıcı kollektivi avqustun 22-dən işə başlayır. Avqustun 25-dən teatrda yeni tamaşaların məşqlərinə start veriləcək.  

Son xəbərlər

Orphus sistemi