Yuxarı
    Bağlamaq

    Akademik Milli Dram Teatrında yeni tamaşanın premyerası keçiriləcək

    Teatrda Qriqori Qorinin Herostratı unudun əsəri əsasında hazırlanan tamaşanın yekun məşqləri gedir

    Bakı. 13 oktyabr. REPORT.AZ/ Akademik Milli Dram Teatrında yeni tamaşanın premyerası keçiriləcək. 

    "Report" xəbər verir ki, teatrda Qriqori Qorinin "Herostratı unudun" əsəri əsasında hazırlanan tamaşanın yekun məşqləri gedir.

    Premyeranın oktyabrın 30-da təqdim edilməsi nəzərdə tutulub. Tamaşaya Mehriban Ələkbərzadə quruluş verib.

    Rolları xalq artisti Cəfər Namiq Kamal, əməkdar artistlər Sabir Məmmədov, Elşən Rüstəmov, Ayşad Məmmədov, İradə Ağasıbəyli, Münəvvər Əliyeva, aktyorlar Hikmət Rəhimov, Vüsal Mustafayev və başqaları ifa edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi