Yuxarı

Milli Dram Teatrı mövsümə "Qarabağnamə" tamaşası ilə yekun vuracaq

Teatr mövsümün son tamaşasını iyulun 17-də nümayiş etdirəcək

Bakı. 8 iyul. REPORT.AZ/ Akademik Milli Dram Teatrı 143-cü teatr mövsümünü iyulun 17-də İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında hazırlanan "Qarabağnamə" tamaşası ilə başa vuracaq.

"Report" xəbər verir ki, tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşada xalq artistləri Rafiq Əzimov (Axund Mirmövsüm ağa), Firəngiz Mütəllimova (Tubu xanım), Ramiz Məlik (Cavad xan), Hacı İsmayılov (Məhəmməd xan), Ramiz Novruz (Sisyanov) əməkdar artistlər Kazım Abdullayev (İbrahim xan), Əli Nur (Kəlbəli xan), Sabir Məmmədov (Saday bəy), Elşən Cəbrayılov (Lisanoviç), Əjdər Həmidov (Vanya Koxa), aktyorlar Şəhla Əliqızı (Ağabəyim ağa), Ləman İmanova (Səltənətbəyim), Sərdar Rüstəmov (Əbülfət xan), Anar Heybətov (Hüseynqulu xan), Əminə Babayeva (Haykanuş), Rəşad Bəxtiyarov (Birinci əsgər), Elnur Qədirov (İkinci əsgər), Rada Nəsibova (Bəyim), Elnar Qarayev (Çapar) və Nigar Məmmədova (Cariyə) çıxış edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi