Yuxarı

"Milli dəyərlərimizə hörmətlə" layihəsinə start verilib

Layihənin məqsədi çoxəsrlik Azərbaycan muğamının bölgələrdə daha dərindən öyrənilməsi və gənc nəsillərə sevdirməkdir

Bakı. 6 fevral. REPORT.AZ/ Beynəlxalq Muğam Mərkəzi və "ASAN xidmət"in birgə təşkilatçılığı ilə "Milli dəyərlərimizə hörmətlə" layihəsinə başlanılıb. Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Layihənin birinci konsertinə qədim Gəncə şəhəri ev sahibliyi edib. Konsert proqramında xanəndələr və gənc ifaçılar çıxış edib.

Layihənin məqsədi çoxəsrlik Azərbaycan muğamının bölgələrdə daha dərindən öyrənilməsi və gənc nəsillərə sevdirməkdir.

Qeyd edək ki, layihə çərçivəsində Sumqayıt, Ağdaş, Sabirabad və başqa şəhərlərdə də konsert proqramlarının keçirilməsi nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi