Mətbuat Şurası Əbülfəs Qarayevi mükafatlandırıb

Mətbuat Şurası Əbülfəs Qarayevi mükafatlandırıb Mədəniyyət və turizm naziri "Azərbaycanda informasiyalı cəmiyyət quruculuğundakı xidmətlərinə görə" diplomu ilə təltif edilib
İncəsənət
10 İyul , 2015 16:15
Mətbuat Şurası Əbülfəs Qarayevi mükafatlandırıb

Bakı.10 iyul. REPORT.AZ/ Mətbuat Şurası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi "Azərbaycanda informasiyalı cəmiyyət quruculuğundakı xidmətlərinə görə" diplomu ilə təltif edib.

"Report" xəbər verir ki, iyulun 10-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz" mövzusunda keçirilən konfransda Mətbuat Şurası diplomu mədəniyyət və turizm nazirinə təqdim edib. 

Tədbir Azərbaycan Prezidenti Administrasiyasının, Mədəniyyət və Turizm Nazirliyinin, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilib. 

Nazir Əbülfəs Qarayev bildirib ki, Azərbaycan xalqı mətbuatının inkişafı ilə gələcəyə baxmaq, inkişaf etmək haqqı qazanıb: "Bu il milli mətbuatımızın 140 illiyini, teatrımızın 144 illiyini qeyd edirik. Bu əlamətdar tarixlər Azərbaycan xalqının mədəniyyətinin,  mətbuatının nə qədər inkişaf etdiyini və tarixi köklərə söykəndiyini göstərir. Jurnalistika insanların şərəfinə, ləyaqətinə, mənafeyinə uyğun olaraq inkişaf etməli, yaşamalı və gələcəyə ünvanlanmalıdır. Azərbaycanda yüzlərlə mətbuat orqanı var. Ölkə mətbuatında kimin haqqında istəsən informasiya əldə etmək və yazılar yazmaq mümkündür. Media üçün sərbəst şərait yaradılıb. Amma media nümayəndələri sensasiya, reytinq xətrinə ucuz xəbərlərin ardınca getməməlidir. Mədəniyyət sahəsindən yazan jurnalistlər xüsusilə diqqətli olmalıdırlar".

Son xəbərlər

Orphus sistemi