Yuxarı

Məşhur xalq artistinin həyat yoldaşı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib

Valeh Kərimovun həyat yoldaşı vəfat edib

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycanın xalq artisti Valeh Kərimova ağır itki üz verib.

"Report"un xəbərinə görə, aktyorun həyat yoldaşı Zöhrə Kərimova bədbəxt hadisə nəticəsində vəfat edib.

V.Kərimov "Report"a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, Z.Kərimova mayın 30-da səhər saatlarında küçədə yıxılıb və başı daşa dəyib. Bundan sonra o, dünyasını dəyişib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi