Məşhur sovet aktyoru Aleksey Batalov xəstəxanaya yerləşdirilib

Məşhur sovet aktyoru Aleksey Batalov xəstəxanaya yerləşdirilib “Moskva göz yaşlarına inanmır” filmindəki Qoşa onun ən məşhur rollarından biridir
İncəsənət
24 Fevral , 2017 10:59
Məşhur sovet aktyoru Aleksey Batalov xəstəxanaya yerləşdirilib

Bakı. 24 fevral. REPORT.AZ/ Məşhur sovet aktyoru, keçmiş SSRİ-nin xalq artisti Aleksey Batalov xəstəxanaya yerləşdirilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu 88 yaşlı aktyorun həyat yoldaşı Qitanu Leotenko bildirib.

“O, xəstəxanada olsa da, özünü yaxşı hiss edir. Ümid edirəm ki, tezliklə evdə olacaq”, - deyə Qitanu Leotenko vurğulayıb.

Qeyd edək ki, Aleksey Batalov 1928-ci ildə anadan olub. 40-dan artıq filmdə çəkilib. “Moskva göz yaşlarına inanmır” filmindəki Qoşa onun ən məşhur rollarından biridir.

Son xəbərlər

Orphus sistemi