Məşhur rusiyalı aktyor Vladimir Zeldin 101 yaşında vəfat edib

Məşhur rusiyalı aktyor Vladimir Zeldin 101 yaşında vəfat edib Aktyor daha əvvəl ağır vəziyyətdə Moskvadakı klinikaların birinə yerləşdirilmişdi
İncəsənət
31 Oktyabr , 2016 11:05
Məşhur rusiyalı aktyor Vladimir Zeldin 101 yaşında vəfat edib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Məşhur rusiyalı aktyor Vladimir Zeldin ömrünün 102-ci ilində Moskvada vəfat edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə N.V.Sklifosovski adına Təcili Yardım Elmi-Araşdırmalar İnstitutundan bildiriblər.

Aktyor bu gün yerli vaxtla səhət saat 09:00-da keçinib.

Qeyd edək ki, aktyor daha əvvəl ağır vəziyyətdə Moskvadakı klinikaların birinə yerləşdirilmişdi. Həyat yoldaşı isə V.Zeldinin 3 həftə hərbi hospitalda müayinə və müalicə olunduğunu söyləmişdi.

Bu il aktyorun 101 yaşı tamam olub.

Son xəbərlər

Orphus sistemi