Məşhur rejissor xəstəxanadan çıxıb

Məşhur rejissor xəstəxanadan çıxıb Eldar Ryazanov müalicəsini evdə davam etdirəcək
İncəsənət
29 Yanvar , 2015 10:29
Məşhur rejissor xəstəxanadan çıxıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Görkəmli rus kinorejissoru, SSRİ xalq artisti Eldar Ryazanov xəstəxanadan evə yazılıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, 87 yaşlı kinorejissorun vəziyyəti yaxşıdır. Elə bu səbəbdən həkimlər onu xəstəxanadan evə yazıblar.

Xatırladaq ki, 2014-cü il noyabrın 24-dən Burdenko adına xəstəxanada beyin qan dövranının pozulması diaqnozu ilə müalicə alan Eldar Ryazanov uzun müddət reanimasiyada ağır vəziyyətdə olub. Həkimlər kinorejissorun vəziyyətinin kritik olduğunu desələr də, yanvarın əvvəlindən Eldar Ryzanovun sağlıq durumu yaxşılığıa doğru düzəlməyə başlayıb.

Eldar Ryzanov zəmanəsinin ən böyük rejissorlarından biri sayılır. Yaradıcılığı boyu 20 film çəkən rejissorun bütün filmləri kinomanlar tərəfindən yüksək qiymətləndirilib.

Kinorejissorun ən məşhur filmləri "Karnaval gecəsi", "Qusar balladası", "Avtomobildən özünü qoru", "İşdə məhəbbət macərası", "Qaraj", "İki nəfər üçün vağzal" , "Təsadüfi görüş və ya həmişə təmizlikdə" və s. filmlər sayılır.

Son xəbərlər

Orphus sistemi