Məşhur fransız aktyoru Pyer Rişar Moskvada tamaşada oynayacaq

Məşhur fransız aktyoru Pyer Rişar Moskvada tamaşada oynayacaq "Pyer Riçard III" adlanan əsər aktyorun həyatından bəhs edir
İncəsənət
2 Fevral , 2016 14:29
Məşhur fransız aktyoru Pyer Rişar Moskvada tamaşada oynayacaq

Bakı. 2 fevral. REPORT.AZ/ Fransanın məşhur aktyoru Pyer Rişar Moskvada səhnəyə çıxacaq. 

"Report" xəbər verir ki, aktyor fevralın 4-7-də Böyük Teatrın "Kosmos" zalında "Pyer Riçard III" adlandırılan monotamaşanı təqdim edəcək.

Tamaşa aktyorun şəxsi həyatından bəhs edir.

İfa edəcəyi monotamaşanın həm komik, həm də təsirli olduğunu vurğulayan P.Rişar, bu tamaşada onun kinoda yaratdığı obrazların hər birindən bir parça olduğunu və filmlərin çəkilişi zamanı başına gələn komik situasiyaların tamaşaçılara çatdırıldığını deyib.

"Pyer Riçard III" tamaşası fransız dilində, sinxron tərcümə ilə təqdim ediləcək.

Sonuncu dəfə Rusiyaya 2013-cü ildə gəldiyini deyən məşhur aktyor, rus ədəbiyyatına xüsusilə də, İ.Turgenevin əsərlərinə vurğun olduğunu bildirib. P.Rişar nəvəsinin universitetdə rus dilini öyrəndiyini bildirib: "Onun özünün arzusu belə idi. Mənim nəvəmə heç bir təsirim olmayıb".

Xatırladaq ki, 81 yaşlı məşhur aktyor yaradıcılığı boyunca 60-dan çox filmə çəkilib. Onun ən məşhur filmləri "Oyuncaq", "Bəxtigətirməyən", "Atalar", "Qaçaqlar"dır. 

Son xəbərlər

Orphus sistemi