Yuxarı

Məşhur filmlərin prodüsseri vəfat edib

91 yaşlı prodüsser doğum günündən 3 gün sonra xəstəxanada dünyasını dəyişib

Bakı. 11 may. REPORT.AZ/ Məşhur "Pianoçu", "Vampirlər balı" filmlərinin prodüsseri Cin Qutovski vəfat edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, məşhur prodüsser Varşava xəstəxanasında 91 yaşında pnevmoniya xəstəliyindən dünyasını dəyişib.

Cin Qutovskiyə məşhurluq gətirən filmlər rejissor Roman Polanski ilə birlikdə çəkdiyi ekran əsərləri olub. 1960-cı ildə "Dalan", "Vampirlər balı" filmlərinin çəkilişlərindən sonra prodüsserin məşhurluğu daha da artıb.

2000-ci ildə R.Polanski ilə "Pianoçu" filmində çalışan C.Qutovski haqqında R.Polanski "Həyatında olan ən dəyərli insanlardan biri" deyə bəhs edib.

C.Qutovski 1925-ci il mayın 7-də Lvovda yəhudi mənşəli polşalıların ailəsində doğulub. 1947-ci ildə ailəsi ilə birlikdə ABŞ-a köçən C.Qutovski Beynəlxalq Kann Kino Festivalının "Qızıl palma budağı" mükafatının sahibi olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi