Mərhum dirijor yad ediləcək

Mərhum dirijor yad ediləcək Azad Əliyevin xatirəsinə həsr edilən konsert keçiriləcək
İncəsənət
25 Mart , 2015 15:41
Mərhum dirijor yad ediləcək

Bakı. 25 mart. REPORT.AZ/ Martın 31-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əməkdar incəsənət xadimi, professor Azad Əliyevin xatirəsinə həsr edilən konsert keçiriləcək.

"Report" xəbər verir ki, konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək.

Konsertin dirijoru Fuad İbrahimovdur.

Qeyd edək ki, mərhum dirijor Azad Əliyev 2014-cü il martın 30-da vəfat edib. Dirijor 2006-cı ildən həyatının sonuna qədər Azteleradio Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru olub. 

Son xəbərlər

Orphus sistemi