Yuxarı

Mənsum İbrahimov 55 illik yubileyində Məcnun kimi səhnəyə çıxacaq

Xalq artisti 22 ildir Məcnun obrazını oynayır

Bakı. 3 noyabr. REPORT.AZ/ Noyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası keçiriləcək.

"Report" xəbər verir ki, tamaşa teatrın solisti, xalq artisti, Prezident mükafatçısı, professor Mənsum İbrahimovun 55 illik yubileyinə həsr olunub.

M.İbrahimov artıq 22 ildir ki, bu tamaşada çıxış edir. Bu illər ərzində Azərbaycan muğam sənətinin bir çox istedadlı qadın ifaçıları - xalq artistləri Səkinə İsmayılova, Qəndab Quliyeva, Gülyaz və Gülyanaq Məmmədovalar, Nəzakət Teymurova, Aygün Bayramova, Simarə İmanova onun tərəf müqabilləri olub.

Yubiley tamaşasında Mənsum İbrahimovun tərəf müqabili Nəzakət Teymurova olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi