Meksikalı heykəltəraşın Bakı sərgisi başa çatıb

Meksikalı heykəltəraşın Bakı sərgisi başa çatıb Onun 11 ay müddətində bürüncdən hazırlanmış on əsəri nümayiş etdirilib
İncəsənət
19 Sentyabr , 2017 20:29
Meksikalı heykəltəraşın Bakı sərgisi başa çatıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Ötən il oktyabrın 26-dan Bakıda, Heydər Əliyev Mərkəzində nümayişə çıxarılan meksikalı heykəltəraş Xorxe Marinin “Varlığın canlanması” adlı sərgisi başa çatıb.

Meksikanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, paytaxt sakinləri və qonaqlar 11 ay müddətində sənətkarın bürüncdən hazırlanmış on əsəri ilə tanış olmaq imkanı qazanıblar. 

Xorxe Marin əsərlərində insan bədənini dünya ilə bağlayıcı vasitə kimi kəşf etməyə, ətrafı nəzərdən keçirməyə və yaddaşı yaratmağa dəvət edir. 

Son xəbərlər

Orphus sistemi