"Məkr və məhəbbət" tamaşasının premyerası olacaq

"Məkr və məhəbbət" tamaşasının premyerası olacaq Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanovdur
İncəsənət
29 Aprel , 2016 15:24
Məkr və məhəbbət tamaşasının premyerası olacaq

Bakı. 29 aprel. REPORT.AZ/ Bakı Bələdiyyə Teatrında görkəmli alman şairi və dramaturqu Fridrix Şillerin "Məkr və məhəbbət" əsərinin premyerası olacaq. 

Səhnə əsərinin quruluşçu rejissoru, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov "Report"a açıqlamasında deyib ki, tamaşa mayın 3-də Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdiriləcək.

Onun sözlərinə görə, səhnə əsəri Bakı Bələdiyyə Teatrının 25 illik yubileyinə həsr olunub.

Tamaşada Bakı Bələdiyyə Teatrının aktyorları əməkdar artistlər Əfqan Soltanov, Rafiq İbrahimov, Aydın Əliyev, Gülsabah Quliyeva, aktrisa Ülviyyə Rzayeva və başqaları çıxış edəcəklər.

Tamaşanın rəssamı Elşən Sərxanoğludur.

Son xəbərlər

Orphus sistemi