“Mehmanxana sahibəsi”nin premyerası mayda olacaq

“Mehmanxana sahibəsi”nin premyerası mayda olacaq Tamaşa mayın 7-də teatrsevərlərə təqdim ediləcək
İncəsənət
13 Aprel , 2016 19:24
“Mehmanxana sahibəsi”nin premyerası mayda olacaq

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Karlo Qaldoninin “Mehmanxana sahibəsi” komediyasının premyerası mayın 7-də olacaq.

Bu barədə "Report"a Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən bildirilib.

Məlumata görə, maarifçilik ideyalarını öz dramaturgiyasının əsas hədəfinə çevirən Italyan dramaturqu Karlo Qaldoninin “Mehmanxana sahibəsi” əsasında hazırlanan eyniadlı tamaşaya xalq artisti Cənnət Səlimova quruluş verib.

Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rejissor assisenti Günay Qasımovadır.

Yeni səhnə əsərində əsas obrazları əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev, Rəşad Səfərov, Şəbnəm Hüseynova, Sevinc Mehrəliyeva və Eşqin Quliyev ifa edəcək.

Tamaşa hər kəs tərəfindən sevilən gözəl Mirandolinaya (mehmanxana sahibəsi) inadkar Kavalerin kobud münasibəti və bu qadının yaraşıqlı Kavalerə qisasından bəhs edir. 

Son xəbərlər

Orphus sistemi