Yuxarı

Aktyor Məhəmməd Verdiyev vətənə döndükdən sonra ilk filmə çəkilib

Aktyor Ştamp adlanan qısametrajlı filmdə baş rolu ifa edib

Bakı. 15 avqust. REPORT.AZ/ Aktyor Məhəmməd Verdiyev Rusiyadan Azərbaycana qayıtdıqdan sonra ilk filmə çəkilib.

Aktyor "Report"a bildirib ki, "Ştamp" adlanan qısametrajlı filmi ABŞ-da yaşayan gənc rejissor Murad Əliyev ekranlaşdırıb. 

Onun sözlərinə görə, filmin çəkilişləri başa çatıb: "Hazırda filmin yalnız montaj və texniki məsələləri həll olunur. Rejissor filmin texniki məsələlərinin Amerikada aparılacağını deyib və bu səbəbdən hazır lenti yaşadığı ölkəyə aparıb. Hələlik filmin son tamamlama işlərinin nə zaman olacağını və hazır varianta nə zaman baxa biləcəyimi özüm də bilmirəm. Amma maraqlı film olacağına ümid edirəm. Çünki ssenari maraqlıdır". 

Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Murad Əliyev, operatoru Oqtay Namazovdur. Baş rolda Məhəmməd Verdiyev və gənc aktyorlar Leyla Qurbanova, Cavid Mix Aylo çəkiliblər.

Xatrıladaq ki, M.Verdiyev peşəkar aktyordur və "Babək" filmində Buğday obrazını ifa edib. O, 20 il Azərbaycandan kənarda, Rusiyanın Tver vilayətində yaşayb. Vətənə döndükdən sonra ilk müsahibəsini "Report" İnformasiya Agentliyinə verib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi