"Məhəbbət tanqosu" tamaşası nümayiş etdiriləcək

"Məhəbbət tanqosu" tamaşası nümayiş etdiriləcək Tamaşa dünya şöhrətli bəstəkar Astor Pyatsollanın musiqisi əsasında 2013-cü ildə səhnəyə qoyulub
İncəsənət
3 Noyabr , 2015 19:34
Məhəbbət tanqosu tamaşası nümayiş etdiriləcək

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Məhəbbət tanqosu” baletinin tamaşası keçiriləcək.

"Report" xəbər verir ki, tamaşa noyabrın 12-də nümayiş etdiriləcək.

Tamaşa dünya şöhrətli bəstəkarların, o cümlədən Astor Pyatsollanın musiqisi əsasında 2013-cü ildə səhnəyə qoyulub.

Tamaşanın quruluşçu baletmeysteri tanınmış rusiyalı xoreoqraf, Rusiyanın xalq artisti Liliya Sabitovadır. Baletmeyster böyük sevgi və nifrət, sevimli qadına sahib olmaq uğrunda mübarizə, amansız intiqamdan bəhs edən xoreoqrafik dram yaradıb. Bütün bu hadisələr alovlu və coşqun tanqo stilində təqdim edilir.

Qeyd edək ki, tamaşada əsas partiyaları truppanın aparıcı solistləri - Azərbaycanın xalq artisti Gülağası Mirzəyev (Raul), əməkdar artist Samir Səmədov (Migel), Səlminaz Mirzəyeva (Laura) və Veronika Arazova (Tereza) ifa edəcək. 

Son xəbərlər

Orphus sistemi