Yuxarı

Mədəniyyət və Turizm Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

Nazirliyin yaradılmasının 10 illik yubileyi qeyd olunur

Bakı. 29 yanvar. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 illik yubileyi ilə əlaqədar nazir Əbülfəs Qarayev başda olmaqla nazirliyin kollektivi Fəxri xiyabanı ziyarət edib.

"Report" xəbər verir ki, nazirliyin kollektivi ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Qeyd edək ki, gün ərzində yubileylə bağlı tədbirlər davam edəcək.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 30 yanvar 2006-cı il tarixli fərmanı ilə həmin vaxta qədər fəaliyyət göstərən Mədəniyyət Nazirliyi və Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilib və Mədəniyyət Nazirliyi əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi