Yuxarı

Mədəniyyət Nazirliyi Xalq artistinin dəfn mərasimi ilə bağlı vətəndaşlara müraciət etdi

​Mədəniyyət Nazirliyi xalq artisinin dəfn mərasimi ilə bağlı əhaliyə m
Dinlə

2700

Mədəniyyət Nazirliyi koronavirus infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycanda tətbiq olunan xüsusi rejimin qaydalarına riayət olunması üçün Xalq artisti Rauf Babayevin dəfni ilə bağlı vətəndaşlara müraciət edib.

Bu barədə "Report"a açıqlama verən nazirliyin nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov vətəndaşları karantin qaydalarına riayət etməyə çağırıb:

"Mətbuat vasitəsi ilə insanlara müraciət edirik ki, heç kim dəfn mərasiminə gəlməsin. Hökumətin karantin rejimi ilə bağlı qərarı var. Hamı buna əməl etməlidir. 10 nəfərdən artıq insanın toplaşmasına icazə yoxdur. Nazirlik mədəniyyət xadiminin itikisi ilə əlaqədar ailəsinə, yaxınlarına və xalqımıza başsağlığı verir".

Qeyd edək ki, Xalq artisti, müğənni Rauf Babayev bu gün 82 yaşında dünyasını dəyişib.

O, bu gün İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Allah rəhmət eləsin!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi