Yuxarı

27 mart Beynəlxalq Teatr Günüdür

Bu gün bütün dünya teatrlarında qeyd edilir

Bakı. 27 mart. REPORT.AZ/ Martın 27-si bütün dünyada Beynəlxalq Teatr Günü (World Theatre Day) qeyd olunur.

"Report" xəbər verir ki, bu qərar Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilib.

Hər il Beynəlxalq Teatr Günü münasibəti ilə nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin əsasını qoyan və ilk dəfə dünya ictimaiyyətinə Teatr Günü münasibəti ilə mesaj göndərən fransalı yazıçı Jan Kokto (1962-ci il) olub.

Hər il Beynəlxalq Teatr Günü ilə əlaqədar dünyanın bütün teatrlarında, o cümlədən respublikamızda fəaliyyət göstərən teatrlarda müxtəlif tədbirlər keçirilir, tamaşalar nümayiş edilir.

Azərbaycan peşəkar teatrının yaranması da, mart ayına təsadüf edir.

Azərbaycan peşəkar milli teatrının əsası 1873-cü il martın 10-da Bakıda “Lənkəran xanının vəziri” komediyasının səhnəyə qoyulması ilə qoyulub. Ölkə prezidenti “Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi haqqında” Sərəncam imzalayıb, 10 mart ölkəmizdə “Milli Teatr Günü” kimi təsis edilib.

Bu gün ölkəmizdə 27 dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlarda 700-dək aktyor çalışır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi