Yuxarı

Mahnı Teatrının keçmiş solisti dünyasını dəyişib

Tarzən Əbülfət Şəkili bu gün səhər vəfat edib

Bakı. 27 yanvar. REPORT.AZ/ Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının keçmiş solisti, tarzən Əbülfət Şəkili (Məmmədrəhimov) dünyasını dəyişib.

Bu barədə "Report"a Mahnı Teatrının mətbuat xidmətindən məlumat verilib.

Uzun müddət xəstəlikdən əziyyət çəkən tarzən yanvarın 27-də vəfat edib. Mərhum doğulub, boya-başa çatdığı Şəkidə dəfn olunacaq. 

Xatırladaq ki, Əbülfət Şəkili R.Behbudov adına Dövlət Mahnı Teatrının instrumental ansamblının solisti olub. Tarda və sazda gözəl ifaları ilə musiqisevərlərin yaddaşlarında qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi