Yuxarı
    Bağlamaq

    "Mahmud və Məryəm" filminin türk aktrisası dünyasını dəyişib

    Tomris İncer 67 yaşında vəfat edib

    Bakı. 5 oktyabr. REPORT.AZ/ Türkiyənin tanınmış aktrisası Tomris İncer vəfat edib.

    "Report" xəbər verir ki, bu barədə məlumatı aktyor Levent Kazak yayıb.

    67 yaşında dünyasını dəyişən aktrisa xərçəng xəstəliyindən əziyyət çəkirdi.

    Qeyd edək ki, Tomris İncer 1948-ci il martın 16-da Bolqarıstanda doğulub. 1974-cü ildən İstanbul Şəhər Teatrında çalışıb. Türkiyənin film və seriallarında rol alan Tomris İncer Azərbaycan tamaşaçılarına "Mahmud və Məryəm" filmindən yaxşı tanışdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi