Maestro Rauf Abdullayev yaradıcılığının 50 illik hesabatını verəcək

Maestro Rauf Abdullayev yaradıcılığının 50 illik hesabatını verəcək Konsert oktyabrın 9-da Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək
İncəsənət
6 Oktyabr , 2015 11:06
Maestro Rauf Abdullayev yaradıcılığının 50 illik hesabatını verəcək

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti, "Dövlət mükafatı" və "Şöhrət" ordeni laureatı, Azərbaycan Dövlət Filarmoniyası simfonik orkestrinin dirijoru, professor Rauf Abdullayevin yaradıcılığının 50 illiyi münasibətilə konsert keçiriləcək.

"Report" xəbər verir ki, konsert oktyabrın 9-u saat 19.00-da Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.

Yaradıcılıq gecəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Bramsın "4 saylı" və Malerin "1 saylı" simfoniyası səsləndiriləcək.

Orkestrin bədii rəhbəri və baş dirijoru – Rauf Abdullayevdir.

Maestro yaradıcılığının 50 illiyində klassik musiqi həvəskarlarına hesabat konserti verəcək.

Xatırladaq ki, Rauf Abdullayev 1937-ci il oktyabrın 29-da doğulub. 1959-cu ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını və Sankt-Peterburq Dövlət Konservatoriyasında dirijorluq təhsili alıb.

1965-1984-cü illərdə M.F.Ахundоv аdına Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru, 70-ci illərdə Müаsir Musiqi Kаmerа Оrkestrinin və BаKаRа аnsаmblının yаrаdıcılаrındаn biri, 1984-cü ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, 1991-1994-cü illərdə Аnkаrа Dövlət Оperа və Bаlet Teаtrının bədii rəhbəri və bаş dirijоru, beynəlхаlq əhəmiyyətli musiqi festivаllаrının və layihələrin iştirаkçısı оlub.

20 ildən artıq bir müddətdə teatrın baş dirijoru kimi 30-a yaxın opera və balet tamaşalarına (istər klassik, istərsə də müasir repertuarda) dirijorluq edib. Bir çох ölkələrdə Rusiya, Almaniya, Hollandiya, İsveçrə, Fransa, Misir, ABŞ, İtaliya, Dubay və s. məşhur kоllektivlərə dirijоrluq edib. 

Son xəbərlər

Orphus sistemi