Yuxarı

Sabah London teatrı Bakıda Şekspirin “Hamlet”ini nümayiş etdirəcək

Qlobus Teatrı Bakıda mətbuat konfransı da keçirəcək

Bakı. 2 oktyabr. REPORT.AZ/ Oktyabrın 3-də Mədəniyyət və Turizm Nazirliyinin və British Council Azərbaycanın dəstəyi ilə "Qlobus" Teatrı Akademik Milli Dram Teatrının səhnəsində Şekspirin "Hamlet" tamaşasını nümayiş etdirəcək.

"Report" xəbər verir ki, "Qlobus" Teatrının Bakı səfəri ilə əlaqədar oktyabrın 3-də Milli Dram Teatrında mətbuat konfransı da keçiriləcək.

Qeyd edək ki, Şekspirin anadan olmasının 450-ci və ölümünün 400-cü ildönümünü qeyd edən Londonun "Qlobus" Teatrı 23 aprel 2014-cü il tarixindən 23 aprel 2016-cı il tarixinədək davam edəcək dünya turnesinə çıxıb.

Bu teatr sərgüzəşti "Hamlet" tamaşasını iki il müddətində dünyanın hər bir ölkəsində nümayiş etdirməkdən ibarətdir. On altı nəfərdən ibarət teatr truppası dünyanın bütün kontinentlərinə səyahət edərək unikal məkanlarda və əsrarəngiz teatr səhnələrində çıxış edib.

Tamaşa ingilis dilində və Azərbaycan dilində tərcümə sətirlər - qaçan titrlər vasitəsilə numayiş olunacaq.

Biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi