Livanda Salvador Dalinin oğurlanmış əsəri aşkar edilib

Livanda Salvador Dalinin oğurlanmış əsəri aşkar edilib Rəsm əsəri sərhədçilər tərəfindən qaçaqmalçılardan müsahidə edilib
İncəsənət
19 Oktyabr , 2017 03:59
Livanda Salvador Dalinin oğurlanmış əsəri aşkar edilib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Ehtimala görə, Salvador Daliyə məxsus olan "Missis Rivz" portreti ("Portrait of Mrs. Reeves", 1954) sənət əsərlərinin qaçaqmal ticarəti ilə mübarizə aparan Livan xüsusi xidmət orqanları tərəfindən aşkar edilərək götürülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı "Daily Star" qəzeti yazıb.

Ehtimal edilən şedevr Livanla qonşu olan ölkələrdən birində şəxsi kolleksiyadan oğurlanıb və hərraclarda milyonlarla dollar məbləğində qiymətləndirilə bilər.

Suriya və Livandan olan iki qaçaqmalçı Beyrut ətrafında yerləşən Dohat-Aramun dağlıq rayonunda polis tərəfindən saxlanılıb.

Beynəlxalq ekspertlər yaxın günlərdə əsərin həqiqiliyini müəyyən etməlidirlər. Əsərdə Dali yaradıcılığına xas olan motivlər yer alıb.

Son xəbərlər

Orphus sistemi