"Leyli və Məcnun" Baba Mahmudoğlunun yubileyi münasibətilə oynanılacaq

"Leyli və Məcnun" Baba Mahmudoğlunun yubileyi münasibətilə oynanılacaq Leyli rolunda istedadlı xanəndə Güllü Muradova çıxış edəcək
İncəsənət
18 Noyabr , 2015 20:40
Leyli və Məcnun Baba Mahmudoğlunun yubileyi münasibətilə oynanılacaq

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası yeni Leylinin ifasında təqdim ediləcək.

"Report" xəbər verir ki, Leyli obrazını bu dəfə istedadlı gənc xanəndə Güllü Muradova ifa edəcək.

Dekabrın 3-də nümayiş etdiriləcək tamaşada Məcnun rolunda əməkdar artist Səbuhi İbayev çıxış edəcək.

Tamaşanın rejissoru Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Qeyd edək ki, "Leyli və Məcnun" operası xalq artisti, mərhum xanəndə Baba Mahmudoğlunun 75 illik yubileyi münasibətilə oynanılacaq.

Gənc xanəndə Güllü Muradova Leyli rolunda ilk dəfə səhnəyə çıxacaq.

Son xəbərlər

Orphus sistemi