Yuxarı

Leyla Bədirbəylinin 95 yaşı tamam olub

1999-cu il noyabrın 23-də 79 yaşında vəfat edən gözəl aktrisa Fəxri Xiyabanda dəfn edilib

Bakı. 8 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktrisası Leyla Bədirbəylinin doğum günüdür. "Report" xəbər verir ki, mərhum aktrisanın 95 yaşı tamam olur.

1920-ci ildə Bakıda anadan olan aktrisa səhnəyə 16 yaşında çıxıb. Azərbaycan Dövlət Filarmoniyasında rəqqasə kimi fəaliyyətə başlayan Leyla Bədirbəyli həmin illərdə "Ayna", "Bakının işıqları" filmlərində çəkilir. 1941-ci ildən Akademik Milli Dram Teatrına dəvət alan aktrisa ömrünün son illərinədək bu teatrda çalışıb.

1945-ci ildə dahi Üzeyir bəyin "Arşın mal alan" əsəri əsasında rejissor Rza Təhmasibin çəkdiyi eyniadlı filmdə Gülçöhrə rolunu ifa edən Leyla Bədirbəyli şöhrətin zirvəsinə yüksəlir. Leyla xanım bu filmə Üzeyir bəyin şəxsi dəvəti ilə çəkilib.

1999-cu il noyabrın 23-də 79 yaşında vəfat edən gözəl aktrisa Fəxri Xiyabanda dəfn edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi