Yuxarı
    Bağlamaq

    Leonardo da Vinçinin ən bahalı şəkli Abu-Dabidəki Luvr muzeyində nümayiş olunacaq

    Bakı. 7 dekabr. REPORT.AZ/ Leonardo da Vinçinin ötən ay hərracda rekord məbləğə - 450 milyon dollara satılan "Dünyanın xilaskarı" şəkili Abu-Dabidəki Luvr muzeyində nümayiş olunacaq.

    "Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə noyabr ayında açılan muzeyin "Twitter" səhifəsində məlumat verilib.

    Amma şəkilin alınması sirri açıqlanmayıb. Hələ də Nyu-Yorkdakı "Christie" hərracında Leonardonun şedevr əsəsrinin kim tərəfindən alındığı aydın deyil. Alıcı hərraca telefonla qatılaraq anonim qalmağı üstün tutub. 

    "New York Times" nəşrinin məlumatına görə, Da Vinçini möhtəşəm əsəri üçün rekord məbləği Səudiyyə şahzadəsi Bader bin Abdulla bin Məhəmməd bin Fərhan əl-Səud verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi