Yuxarı
    Bağlamaq

    Leonardo Di Kaprio "Uoll-strit canavarı" filmi ilə əlaqədar məhkəməyə çağırılıb

    Aktyor iş üzrə şahid qismində çıxış edəcək

    Bakı. 18 iyun. REPORT.AZ/ Aktyor Leonardo Di Kaprio "Uoll-strit canavarı" filmi haqqında ifadə vermək üçün məhkəməyə çağırılıb.

    "Report" "Reuters"ə istinadən xəbər verir ki, o, böhtan ilə bağlı iş üzrə sualları cavablandırmalıdır. 

    Xatırladaq ki, 2014-cü ildə broker Endryu Qrin "Uoll-strit canavarı" filminin prodüserlərinə qarşı 25 mln. dollar məbləğində məhkəmə iddiası ilə çıxış edib. Qrinin fikrincə, o, filmin qəhrəmanı Nik Koskoffun prototipidir. Qrinin sözlərinə görə, "Uoll-strit canavarı" filmi onu bu rolda təsvir edərək, ona zərər vurub. 

    "Paramount" şirkəti öz növbəsində, iddia edir ki, Koskoffun obrazı ümumiləşdirilmiş obrazdır və böhtan ittihamlarını rədd edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi