Lənkəran Dövlət Dram Teatrının truppası İrana festivala gedəcək

Lənkəran Dövlət Dram Teatrının truppası İrana festivala gedəcək Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasına festivala dəvət olunub.
İncəsənət
5 İyul , 2019 04:49
Lənkəran Dövlət Dram Teatrının truppası İrana festivala gedəcək

Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasına festivala dəvət olunub. 

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, bu barədə məlumatı teatrın direktoru Tofiq Heydərov verib. 

Onun sözlərinə görə, dəvət qonşu ölkənin Zəncan şəhərində iyulun 8-dən 12-ə kimi davam edəcək Milli Teatr Festivalından gəlib. Lənkəran teatrı bu sənət yarışmasında respublikamızı Emil Əskərovun müəllifi və quruluşçu rejissoru olduğu “Sehrbazlar dərəsi” nağıl-tamaşası ilə təmsil edəcək.

Süjet xətti Azərbaycan folklorunun ənənələrindən qaynaqlanan səhnə əsərinin quruluşçu rejissoru Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları respublikanın Əməkdar artisti Sücəddin Mirzəyev, aktyorlar Emin FərzullayevSayad Əliyev ifa edəcəklər.

Son xəbərlər

Orphus sistemi