Yuxarı

Lənkəran teatrı İrana qastrol səfərinə gedəcək

Sənətçilər qonşu ölkədə Bəhram Beyzayinin “İlan Sultan” tamaşası ilə çıxış edəcəklər

Bakı. 25 iyun. REPORT.AZ/ Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasına qastrol səfərinə gedəcək.

"Report" xəbər verir ki, teatrın direktoru Tofiq Heydərov kollektivin İran İslam Respublikasının Dram Sənəti Mərkəzi tərəfindən bu ölkəyə dəvət olunduğunu bildirib.

İyunun 29-dan iyulun 1-ə kimi nəzərdə tutulan səfər zamanı Lənkəran sənətçiləri qonşu ölkənin Parsabad şəhərində Bəhram Beyzayinin “İlan Sultan” tamaşası ilə çıxış edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi