Yuxarı

Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub

Bakı. 15 fevral. REPORT.AZ/ Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub.

Teatrdan "Report"a verilən məlumata görə, “Manyak” tamaşası görkəmli türk yazıçısı Əziz Nesinin “Öldür məni, əzizim” pyesi əsasında səhnələşdirilib.  

Ahıl yaşında tənha qalmış iki qadının faciəsindən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Oruc Qurbanov, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Miranda Qurbanovadır.

Maraqla qarşılanan tamaşada əsas rolları əməkdar artist Adil Zeynalov, aktyorlardan Şarud Mehdiyeva, Qızılgül Quliyeva, Allahverən BabayevEmin Fərzullayev ifa ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi