Leapold haqqında cizgi filminin yaradıcısı vəfat edib

Leapold haqqında cizgi filminin yaradıcısı vəfat edib Anatoli Reznikov Almaniyada 77 yaşında dünyasını dəyişib
İncəsənət
31 Yanvar , 2018 22:57
Leapold haqqında cizgi filminin yaradıcısı vəfat edib

Bakı. 31 yanvar. REPORT.AZ/ Sovet dövrünün animasiya filmləri rejissoru Anatoli Reznikov 77 yaşında dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə jurnalist Susanna Alperinaya istinadən RİA "Novosti" məlumat yayıb.

"Mənə Reznikovun ailəsi ilə yaxından dostluq edən tanışlar Almaniyadan zəng vurub bildirdilər ki, bu gün səhər o dünyasını dəyişib", - deyə Alperina bildirib.

İlkin məlumatlara görə, multiplikator çərşənbə günü Bakı vaxtı ilə səhər 12:00-da Almaniyanın Zolinqen şəhərində vəfat edib. Onun ölüm səbəbi açıqlanmır.

O, ilk ekran əsərlərini "Ekran" yaradıcılıq birliyinin bazasında ərsəyə gətirib. Reznikova "Bir kavboy, iki kavboy" və Arkadi Haytın ssenarisi əsasında Leapold adlı pişik haqqında silsilə cizgi filmləri şöhrət qazandırıb.

Son xəbərlər

Orphus sistemi