​Larisa Dolina yubileyini qeyd edir

​Larisa Dolina yubileyini qeyd edir Pop və caz ifaçısı 1955-ci il sentyabr 10-da Bakıda anadan olub
İncəsənət
10 Sentyabr , 2015 10:21
​Larisa Dolina yubileyini qeyd edir

Bakı. 10 sentyabr. REPORT.AZ/ Məşhur Rusiya müğənnisi Larisa Dolina yubileyini qeyd edir.

"Report" xatırladır ki, pop və caz ifaçısı Larisa Dolina 1955-ci il sentyabr ayının 10-da Bakıda anadan olub. L.Dolina iki yaşında olanda, onların ailəsi Odessaya (Ukrayna) köçüb.

Dolina 1984-cü ildə Qnesin adına Moskva Musiqi məktəbinin (hazırda Rusiya Musiqi Akademiyası) estrada bölməsini bitirib. Larisa Dolina ən məşhur musiqi kollektivlərinin, o cümlədən Polad Bülbüloğlunun rəhbərliyi altında Azərbaycan estrada ansamblının solisti olub. Onun ifa etdiyi mahnılar bir sıra kinofilmlərdə səslənir.

Son xəbərlər

Orphus sistemi