Yuxarı

"Kurtlar Vadisi"nin qəhrəmanlarından biri Bakıya gəlib

Məni öldürməyiblər

Bakı. 27 noyabr. REPORT.AZ/ "Kurtlar Vadisi" teleserialında Bədri Fincancı rolunu ifa edən Volkan Özgöməç Bakıya "Nereye" tamaşasının quruluşçu rejissoru kimi gəlib.

V.Özgöməç "Report"a açıqlamasında Bakıya ikinci dəfədir səfər etdiyini bildirib: "Bakıya ikinci gəlişimdir. Azərbaycana ilk dəfə 1990-cı illərin əvvəlində "Dəli Domrul" tamaşası ilə gəlmişdim. Uzun illərdən sonra rejissor kimi Bakıya gəldim. Fəaliyyətimi Ankara Dövlət Teatrında rejissor kimi davam etdirirəm. Serial təklifləri olanda da imtina etmirəm, çəkilirəm. Sizin tamaşaçılar məni "Kurtlar Vadisi" serialından tanıyırlar. Orada Bədri Fincancı obrazını ifa etmişdim. Teatrda işlərimin çoxluğu serial çəkilişlərimə mane olur. Amma "Kurtlar Vadisi"ndə məni "öldürməyiblər". Yəni istədiyim zaman seriala qayıda bilərəm".

Tamaşaçıların yaddaşında ifa etdiyi mənfi rollarla qalan aktyor zahiri görkəminə görə, müsbət obrazların ona təklif edilməməyindən narahatdır.

"Mənim görünüşüm elədir ki, hər dəfə mənfi rollar oynamağa məcbur oluram".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi