Kukla Teatrında “Unudulmuş kukla” tamaşasının premyerası keçiriləcək

Kukla Teatrında “Unudulmuş kukla” tamaşasının premyerası keçiriləcək Böyük yaş qrupu tamaşaçılar və festivallar üçün nəzərdə tutulan tamaşanın ilk nümayişi dekabrın 2-də keçiriləcək
İncəsənət
23 Noyabr , 2016 17:53
Kukla Teatrında “Unudulmuş kukla” tamaşasının premyerası keçiriləcək

Bakı. 23 noyabr. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Unudulmuş kukla” adlı tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşa alman publisist Stefan Sveyqin “Yad qadının məktubu” novellası əsasında hazırlanıb.

Böyük yaş qrupu tamaşaçılar və festivallar üçün nəzərdə tutulan tamaşanın ilk premyerası dekabrın 2-də keçiriləcək.

Səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədova olan tamaşanın əsas ideyası bir qadının cavabsız sevgisidir.

Tamaşada teatrın aparıcı aktrisaları Cəmilə Allahverdiyeva və Elmira Hüseynova rol alıblar.

Son xəbərlər

Orphus sistemi