Yuxarı
    Bağlamaq

    Kukla Teatrı yeni tamaşanın nümayişinə hazırlaşır

    Tamaşa dekabrın sonunda tamaşaçılara təqdim ediləcək

    Bakı. 14 noyabr. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb.

    "Report" xəbər verir ki, bu barədə Kukla Teatrının mətbuat xidməti məlumat yayıb.

    Azərbaycanın “Sehrli üzük” xalq nağılının motivləri əsasında hazırlanan eyniadlı tamaşa ilin sonlarında balacaların ixtiyarına veriləcək. 

    Uşaqlara dostluq, sədaqət, dürüstlük, ədalət, insanlara inam kimi müsbət keyfiyyətlər aşılayan tamaşa xeyrin şər üzərindəki qələbəsinin nümayişi olacaq.

    Tamaşanı rejissor Anar Məmmədov səhnələşdirib. Tamaşanın rəssamı İqbal Əliyev, bəstəkarı Rəşid Şəfəqdir. Rolları İqbal Əliyev, Cəmilə Allahverdiyeva, Elnur Xəlilov, Elmira Rəhimova, Cavid Telman oynayır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi