Yuxarı

Kukla Teatrında "Çəkməli pişik" tamaşasının premyerasını keçiriləcək

Tamaşa yeni obrazlarla səhnəyə qoyulacaq

Bakı. 24 iyun. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında "Çəkməli pişik" tamaşasının premyerası olacaq.

"Report" xəbər verir ki, fransız şairi Şarl Perronun dünya uşaq ədəbiyyatının ən məşhur nümunələrindən olan bu əsərinə yeni səhnə həyatını teatrın rejissoru Anar Məmmədov verib.Tamaşaya yeni obrazlar və mətnlər də əlavə edən rejissor əsəri müasir uşaqların anlaya biləcəyi tərzdə təqdim etməyə çalışıb.
Lovğalıq, xudpəsəndlik kimi mənfi xüsusiyyətlərin qəhrəmanların dilindən tənqid olunduğu birhissəli tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.

Rolları əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Tamilla Bünyatova, Rəhim Rəhimov, Cavid Telman və başqaları canlandırır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi