​“Koroğlu” operasının DVD diskinin təqdimatı keçirilib

​“Koroğlu” operasının DVD diskinin təqdimatı keçirilib DVD əməkdar artist Ramil Qasımovun Koroğlu obrazını ifa etdiyi opera əsasında hazırlanıb
İncəsənət
26 Aprel , 2016 14:57
​“Koroğlu” operasının DVD diskinin təqdimatı keçirilib

Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycanın dünya şöhrətli bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının DVD diskinin təqdimat mərasimi keçirilib.

“Report”un məlumatına görə, DVD əməkdar artist Ramil Qasımovun Koroğlu obrazını ifa etdiyi opera əsasında hazırlanıb.

Təqdimat mərasimində bəstəkar Arif Məlikov, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar Fərəcov, xalq artisti İlham Namiq Kamal, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbəri Akif Məlikov, eyni zamanda tanınmış ictimai xadimlər, dövlət və hökumət nümayəndələri iştirak ediblər.

Təqdimatdan sonra Ramil Qasımov Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestri və Cahangir Cahangirov adına xorun müşayiəti ilə konsert proqramı ilə çıxış edib.

Gecədə Ramil Qasımovun ifasında Azərbaycan və dünya klassik nümunələri də ifa olunub. 

Son xəbərlər

Orphus sistemi