​Koreyada Azərbaycan Kinosu Festivalı keçirilib

​Koreyada Azərbaycan Kinosu Festivalı keçirilib Tədbir Mədəniyyət və Turizm Nazirliyi, SEBA və Koreya Fondunun birgə təşkilatçılığı ilə baş tutub
İncəsənət
19 Oktyabr , 2015 20:35
​Koreyada Azərbaycan Kinosu Festivalı keçirilib

Bakı. 19 oktyabr. REPORT.AZ/Oktyabrın 13-dən 19-dək Mədəniyyət və Turizm Nazirliyi, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi və Koreya Fondunun birgə təşkilatçılığı ilə Koreya Respublikasında Azərbaycan Kinosu Festivalı keçirilib. Rasim Balayev, Ayaz Salayev, İlqar Nəcəf və Cahangir Məmmədovdan ibarət Azərbaycan nümayəndə heyəti Koreyada kinomuzu təmsil edib.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, paytaxt Seulun "Mirror Center" Mədəniyyət Mərkəzində festivalın açılışı münasibəti ilə qəbul təşkil olunub və qəbulda Azərbaycanın Koreyadakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov, diplomatik missiyaların rəhbərləri, yerli ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər. Daha sonra festivalın açılışında çıxış edən Rasim Balayev və İlqar Nəcəf Azərbaycan kinosu, həmçinin həmin gün nümayiş etdirilən "Buta" bədii filmi haqqında tamaşaçılara məlumat veriblər.

Festival günlərində Azərbaycanın "Arşın mal alan", "O olmasın, bu olsun", "Bəxtiyar", "Ögey ana", "Əhməd haradadır?", "Dəli kür", "Ad günü", "Qaynana", "Girov", "Buta" və "Axınla aşağı" bədii filmləri Koreya tamaşaçılarına təqdim olunub.

Qeyd edək ki, cari ilin iyul-avqust aylarında ölkəmizin bir neçə şəhərində Koreya Kinosu Festivalı keçirilib. 

Son xəbərlər

Orphus sistemi