Yuxarı
    Bağlamaq

    Klint İstvud 2015-ci ildə Avropada terror aktının qarşısının alınması barədə film çəkəcək

    Çəkilişlər Warner Brosun studiyasında aparılacaq

    Bakı. 21 aprel. REPORT.AZ/ Amerika aktyoru, rejissoru və prodüseri Klint İstvud 2015-ci ilin yayında Parisə gedən sürət qatarında terror aktının qarşısının alınmasına köməklik göstərən üç amerikalı barədə film çəkəcək.

    "Report" xəbər verir ki, bu barədə "The Hollywood Reporter" jurnalı yazıb.

    Çəkilişlər "Warner Bros"un studiyasında aparılacaq.

    Ekran əsərinin əsasında yazıçı Ceffri Sternin "Parisə gedn 15:17 qatarı: terrorçu, qatar və üç amerikalı qəhrəman haqqında əsl hekayə" kitabı duracaq. O özündə üç dostun - "Thalys" sürət qatarında baş verən real hadisələrin iştirakçısı olmuş Entoni Sedler, Alek Skarlatos və Spenser Stounun xatirələrini əks etdirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi