Yuxarı
    Bağlamaq

    "Kitabi-Dədə Qorqud" dastanının motivləri əsasında hazırlanan yeni tamaşanın premyerası olacaq

    YUĞ Teatrı yeni tamaşanı təqdim edir

    Bakı. 7 fevral. REPORT.AZ/ Bu gün "YUĞ" Dövlət Teatrında "Boy" adlı tamaşanın premyerası olacaq.

    "Report" xəbər verir ki, "Kitabi-Dədə Qorqud" dastanının motivləri əsasında hazırlanan bir hissəli mifoloji tamaşanın ideya müəllifi və quruluşçu rejissoru Tərlan Engin, rejissor ƏR-Toğrul, quruluşçu rəssamı Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva, musiqi tərtibatı Mələk Verdizadə, xoreoqraf Pərviz Məmmədrzayevdir.

    Rolları əməkdar artist Məmməd Səfa, Yaqut Paşazadə, aktyorlar Təranə Atacan, Könül Cəfərzadə, Amid Qasım, Vüqar Hacı, Elgün Həmid ifa edir.

    Qeyd edək ki, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi