Yuxarı
    Bağlamaq

    ​“Kitabi-Dədə Qorqud”a həsr olunmuş rəsm sərgisi açılacaq

    Sərgidə 120-dək məktəblinin rəsmləri nümayiş olunacaq

    Bakı. 21 noyabr. REPORT.AZ/ Noyabrın 25-də Dövlət Rəssamlıq Akademiyasında rəsm sərgisinin açılış mərasimi olacaq. Bilik Fondundan "Report"a verilən məlumata görə, sərgi “Kitabi-Dədə Qorqud”un dünya elminə tanıdılması və alman dilində ilk nəşrinin 200 illiyi münasibəti ilə keçiriləcək. 

    Tədbirdə müxtəlif bölgələrdən olan 120-dək məktəblinin “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında çəkdikləri rəsmlər nümayiş olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi