Azərbaycanda “Qızıl Pəri” mükafatı təsis edilib

Azərbaycanda “Qızıl Pəri” mükafatı təsis edilib "Qızıl Pəri” mükafatının qaliblərini Münsiflər Heyəti gizli səsvermə yolu ilə müəyyənləşdirəcək
İncəsənət
10 İyul , 2015 17:36
Azərbaycanda “Qızıl Pəri” mükafatı təsis edilib

Bakı. 10 iyul. REPORT.AZ/ Azərbaycanda “Qızıl Pəri” mükafatı təsis edilib.

"Report" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycanfilm" Kinostudiyası yayıb.

Peşə mükafatını Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Kinoaktyorlar Gildiyası və Prodüserlər Gildiyasının dəstəyi ilə təsis edib. Məqsəd audiovizual sahənin (kino və tv) inkişafına kömək, milli-mənəvi dəyərlərin qorunub saxlanması və bu sahədə çalışan peşəkarları - müəllifləri, ifaçıları və prodüserləri həvəsləndirməkdir. 

Müsabiqənin neçə ildən bir keçirilməsi və nominasiyaların sayı Azərbaycanda istehsal olunan audiovizual əsərlərin müsabiqə üçün alternativliyini və rəqabətliyini təmin edən dərəcədə olmasından aslı olaraq müəyyənləşdiriləcək.

“Qızıl Pəri” mükafatının nominasiyaları aşağıdakılar ola bilər:

1. Ən yaxşı bədii film

2. Ən yaxşı telefilm (və ya serial, müəllif verilişi)

3. Ən yaxşı sənədli film

4. Ən yaxşı cizgi filmi

5. Ən yaxşı rejissor

6. Ən yaxşı prodüser

7. Ən yaxşı orijinal ssenari

8. Ən yaxşı aktrisa

10. Ən yaxşı aktyor

11. Ən yaxşı operator

12. Ən yaxşı rəssam

13. Ən yaxşı bəstəkar

14. Ən yaxşı debüt

15. Milli kinonun inkişafına verdiyi töhfələrinə görə

16. Milli televiziyanın inkişafına verdiyi töhfələrinə görə

Nominasiyalara təqdim olunan audiovizual əsərlərin rejissorlarının və peşə nominasiyalarına təqdim olunan namizədlərin Azərbaycan vətəndaşı olması mütləqdir.

“Qızıl Pəriİ” mükafatının qaliblərini Azərbaycan kinosunun və televiziyasının ən peşəkar və qabaqcıl nümayəndələrindən ibarət olan Münsiflər Heyəti gizli səsvermə yolu ilə müəyyənləşdirəcək.

Qeyd edək ki, “Qızıl Pəri” mükafatının ilk müsabiqəsi 2015-ci ildə, 2010-2015-ci illərin istehsalı olan əsərlər üzrə keçirilir. Mükafatlara namizədlərin ərizə formalarının və əsərlərinin qəbulu 2015-ci il oktyabrın 1-nə qədərdir.

Son xəbərlər

Orphus sistemi