Yuxarı

Kinorejissor Eldar Quliyev yeni film çəkəcək

Yazıçı Natiq Rəsulzadə ilə yeni filmin ssenarisi üzərində işləyirik

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanın xalq artisti, kinorejissoru Eldar Quliyev yeni film çəkəcək. 

Bu barədə "Report"a açıqlamasında Eldar Quliyevin özü məlumat verib.  

Onun sözlərinə görə, hazırda filmin ssenarisi yazılır: "Yazıçı Natiq Rəsulzadə ilə yeni filmin ssenarisi üzərində işləyirik. Ssenari bir-iki aya tam hazır olacaq və 2017-ci ildə filmin çəkilişlərinə start veriləcək".

Kinorejissor "Dərvişin qeydləri" bədii filmindən sonra yeni film çəkmədiyini söyləyib: "Kamera üçün darıxmışam. Yeni film çəkmək üçün özümə yalnız sağlamlıq arzulayıram". 

Qeyd edək ki, E.Quliyev 2016-cı il yanvarın 14-də Azərbaycan mədəniyyətinin tədrisi və təbliğində xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu və 75 illik yubileyi münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının "Milli kino" mükafatına layiq görülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi